Xalqin malini ogurlayib talan edenler, indi de xalqin başina şair olaraq kesilib….

14102246_1682584915397351_5864046237220403105_n.jpgXalqin malini ogurlayib talan edenler, xalqin huquqlarini taptalayanlar indi de xalqin başina şair olaraq kesilib….
10 sifetli hayasizlar……Bu logopeda ehtiyaci olan Leyla “şaira” olub.

Leyla Əliyeva yazir…

Dəyərli dostlarım ! Çox sagolun ki, mənim şeirlərimi oxsuyursunuz. Sizin sözləriniz mənim üçün çox dəyərlidir. Mən məmnuniyyətlə sizinlə şeirlərimi paylaşıram Amma mən yenə də onu vurğulamaq istəyirəm ki, şeirlərimin mənim şəxsi həyatıma aidiyyatı yoxdur. Və xüsusi hansısa şəxslərə Mən çalışıram ki, bir çox insanların həyatını və onların nə vaxtsa yaşadığı hissləri haqda yazım. Hər şeyin yaxşısını arzulayıram.

 Leyla Əliyeva yazir…

 

“Balaca” yaxta ürək bulandırıb

Həmin ekipaj üzvü bildirib ki, prezident Əliyevi bu yaxtada bir dəfə görüb. Bundan əvvəl yaxtadan prezidentin qızlarından biri və oğlu Heydər istifadə edib. O vaxt gəmiyə şam yeməyi üçün Sardiniyadan Cəbəllütariqə üzmək komandası verilib. OCCRP-nin hesabatında deyilir ki, prezidentin böyük qızı Leyla Əliyeva bu gəmidən başqa ailə üzvlərindən daha çox istifadə edib. Ekipajın verdiyi məlumata görə, Leyla Əliyeva gəmiyə ildə bir neçə dəfə, o vaxtkı əri Emin Ağalarovla gəlibmiş.

Məqalədə deyilir ki, başqa bir ekipaj üzvü Əliyevlərin bu yaxtaya niyə hərdən bir gəlməsinə aydınlıq gətirib. O deyib ki, bir dəfə prezident xanımı ilə qısa bir dəniz səyahətinə çıxanda birinci ledinin ürəkbulanması olub. Bundan sonra birinci ledinin işçiləri şikayətləniblər ki, yaxta çox balacadır. Onlar həmçinin 70-100 metrlik daha böyük yaxta almaq barədə söhbət ediblər.

Varlığa nə darlıq?

Məqəladə deyilir ki, “Əliyevlərin xoşbəxtliyindən onların dəbdəbəli yaxtalar arasında bir neçə seçimi var”. Ekipaj üzvlərindən biri OCCRP-yə bildirib ki, onların Xəzərdə ən azı iki yaxtaları var və başqa məkanlarda da yaxtalar mövcuddur.

Gəmilərdən birinin – 44 metrlik yaxtanın maraqlı adı var: Sedation A (dərmanların köməyi ilə sakitləşdirmə, bihuşetmə).

Məqalədə deyilir ki,superyachts.com saytının yazdığına görə Sedation A yaxtası 10 qonaqlıqdır. Yaxtada gəmi sahibi üçün ayrıca kayut və VİP kayutu da var.

Sedation A yaxtasının tayı olan My Petra adlı gəmi 2010-cu ildə 27 milyon dollara satılıb.

“Orta azərbaycanlı” 5357 il işləyə bilərmi?

“Orta azərbaycanlının illik maaşının 5040 dollar olduğu nəzərə alınarsa, həmin azərbaycanlı Sedation kimi yaxtaya sahib olmaq üçün 5357 il işləməli olardı” – yazır müəlliflər.

“Lakin bu yaxtanı alan adi azərbaycanlı deyil” – vurğulanır məqalədə. Bu da SOCAR vasitəsilə alınıb. Onun balaca tayı olan Atlant yaxtası adətən Sedation A gəmisi ilə yanaşı Bakı Yaxta Klubunun körpüsündə lövbərlənir.

Xəbər verilir ki, Sedation A yaxtasının sahibi SOCAR-a çox bağlı “Caspian Marine Services” şirkətidir, lakin bu yaxta həm də Rusiyada qeydiyyatdadır.

 

2380 azərbaycanlının illik maaşı

Bu məqalədə söhbəti gedən əsas iki yaxtanın – Sedation A və Primanın ümumilikdə 59 milyon dollar dəyəri var. Onların istismarı üçün illik xərc, yaxtaların öz dəyərlərinin 10 faizini təşkil edir. Hələ 10 faizlik də təmir, təzələmə və sair kimi cari xərclər də mövcuddur.

Məqalədə deyilir ki, ara-sıra istifadə olunan bu “donanma”nın illik 12 milyon dollar xərcinin əvəzində orta əməkhaqqı ilə 2380 azərbaycanlı işçiyə bir ilin maaşını vermək olardı. Bu xərclər prezident İlham Əliyevin də illik 228 min dollarlıq maaşından 50 dəfə artıqdır.

Məqalənin sonunda müəlliflər sual edirlər ki, ən azı Primadan danışanda, görəsən onun sahibi olan SOCAR niyə bu yaxtadan istifadə etmir? Şirkət jurnalistlərin bu sualını cavabsız buraxıb.13349009_142254982854752_951967362_n

Leave a comment