Ozunden qorxan Ilham Əliyev

14017758_1679538779035298_24882179_nOzunden ve hakimiyyetinden qorxan Ilham Əliyev Azerbaycanda ona qarşi cixanlari hebs etdirerek işgence verdirir. Bunu meqsedli sekilde edir. Bununla Əliyev insanlarin gozunde qorxu yaradaraq mubarize ezmini qirmaga calişir. Amma xalq bu hereketlerine gore ona daha da nifret edir.Rejim açıq-aşkar Şimali Koreya yolu seçib. Lakin xalqın iradəsi repressiya maşınını bu dəfə də durdura bilər və durdurmalıdır. Biz gənclərimizin, övladlarımızın Şimali Koreya tipli bir ölkədə yaşamasına imkan verə bilmərik. Bir millət kimi hamılıqla səfərbər olunmalıyıq.

Xalqımızın narahatlığına səbəb olan, sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendum gündəmdədir və əsas müzakirə mövzularından biridir. Təəssüflər olsun ki, bu mühüm və taleyüklü məsələ hələ də xalqdan xəbərsiz saxlanılaraq, ictimai müzakirəyə çıxarılmır. Ana Qanuna təklif olunmuş 30-a yaxın dəyişiklikdən bir hissəsi daha çox diqqəti cəlb edir. Onlardan prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması; vitse-prezidentlik inistitutunun yaradılması; prezidentin parlamenti buraxması; növbədənkənar prezident seçkilərinin təyin edilməsi; prezidentlik və deputatlıq üçün yaş məhdudiyyətlərinin aradan qaldırılmasını qeyd edə bilərik.

Bu dəyişikliklərdən xüsusən yuxarıda qeyd etdiklərimiz mövcud konstitusiyanın özü ilə də ziddiyyət təşkil edir. Prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsi hüquqi dövlətin təməlini sual altına alır. Çünki qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti yalnız və yalnız qanuna tabedir. Hakimiyyətin hər bir qolu da özü-özlüyündə müstəqildir, biri digərinə nisbətdə yalnız tənzimləyici rol oynayır. Prezidentə yeni səlahiyyətlərin verilməsi faktiki olaraq, bu mexanizmin pozulmasına səbəb olur. Bu da hüquqi dövlətin prinsip və konsepsiyasına ziddir və belə olan halda, onsuz da formal xarakter daşıyan parlament öz faliyyətində atrofiyaya uğrayaraq qeyri-funksional vəziyyətə düşmüş olur.Xalqımız başa düşür ki, özü öz taleyinə məsuliyyətli olmasa, səadət qapıları onun üzünə açılmayacaq. Referenduma etiraz etmək hər bir azərbaycanlının vətəndaş kimi borcudur və bu yolun sadiq yolçularına uğurlar arzulayıram.

Leave a comment